2023-cü ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $1,5 milyard təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,1% çoxdur.
Ən çox ixracı olan Azərbaycan şirkətləri - SİYAHI
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
İxracın strukturunda əsas həcm elektrik enerjisi ($313,9 milyon, artım 8,9 dəfə), pomidor ($91,5 milyon, artım 0,5%), ilkin formalı polipropilen ($57,2 milyon, artım 41,2%), meşə fındığı ($52,8 milyon, artım 1%), pambıq mahlıcı ($50,4 milyon, azalma 59,3%), qızıl ($47,2 milyon, azalma 25%), metanol ($37,8 milyon, azalma 37%), polimerləşmədə ilkin formalı maddələr ($35,4 milyon, artım 6%) və sopolimerlərin ($35,1 milyon, artım 3 dəfə) payına düşüb.
Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Türkiyə ($464,6 milyon, artım 19%), Rusiya ($404 milyon, artım 53,4%), Gürcüstan ($161,2 milyon, artım 2,2 dəfə), İsveçrə ($53 milyon, azalma 20,1%) və Qazaxıstan ($47,7 milyon, artım 2,6 dəfə) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 31%-i Türkiyənin, 27%-i Rusiyanın payına düşüb.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ilədək qeyri-neft məhsullarının ixrac həcmi $5 milyarda qədər artacaq.(İnterfaks-Azərbaycan)