2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $1,8 milyard təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,6% çoxdur.
Azərbaycanda “bir pəncərə” vasitəsilə qeyri-neft ixracı - 30 % ARTIB
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
İxracın strukturunda əsas həcm elektrik enerjisi ($314,4 milyon, artım 8,9 dəfə), pomidor ($120,7 milyon, azalma 4,9%), pambıq mahlıcı ($68,7 milyon, azalma 49,8%), ilkin formalı polipropilen ($64,9 milyon, artım 58,3%), qızıl ($60,5 milyon, azalma 23,8%), meşə fındığı ($58,8 milyon, artım 5,8%), metanol ($46,8 milyon, azalma 33,8%), polimerləşmədə ilkin formalı maddələr ($43,8 milyon, artım 3,8%) və sopolimerlərin ($43,7 milyon, artım 3,7 dəfə) payına düşüb.
Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($552,3 milyon, artım 44,5%), Türkiyə ($512,5 milyon, artım 16,6%), Gürcüstan ($180,3 milyon, artım 94,9%), İsveçrə ($68,6 milyon, azalma 18,9%) və Qazaxıstan ($58 milyon, artım 2,5 dəfə) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 30,7%-i Türkiyənin, 28,5%-i Rusiyanın payına düşüb.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ilədək qeyri-neft məhsullarının ixrac həcmi $5 milyarda qədər artacaq. (İnterfaks-Azərbaycan)