Azərbaycanın Türkdilli dövlətlərin Əməkdaşlıq Şurası ölkələri ilə 2016-cı ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsi 1,9 milyard dollar təşkil edib.
Fed.az xəbər verir ki, bunu Bakıda keçirilən Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin altıncı iclasında bu gün Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Ş.Mustafayev bildirib ki, bu məbləğin bir milyardını idxal, 0,9 milyardını Azərbaycan məhsullarının ixracı təşkil edib:
"Türkdilli ölkələr şurasının Azərbaycanın ümumi ticarət dövriyyəsində payı 14 faizə bərabərdir. Azərbaycanın ixracatında bu göstərici 13 faiz, idxalatında 5 faiz təşkil edir.”