Azərbaycan bu il xaricdən aldığı qara çayın idxalını həcmi kimi qiymət indeksləri də artıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, 2021-ci ilin birinci yarısında xaricdən 6 507 ton həcmində qara çay idxal etməklə, 2020-ci ili 9% üstələyib.
İdxal edilmiş fermentləşdirilmiş qara çaya görə ölkədən 25.46 milyon dollarlıq çıxıb.
İdxal edilmiş çayın 86.5%-ni Şri-Lanka Demokratik Sosialist Respublikasından gətirib. Şri-Lanka Azərbaycana 5 626.5 ton həcmində qara çayı 22.96 milyon dollara satıb. 2020-ci ilin müvafiq dövründə Azərbaycana Şri-Lankadan 5 269.3 tonu 20.94 milyon dollara satmışdı.
Bu o deməkdir ki, Azərbaycan bu il qara çayı 2020-ci ildə 3.97 dollar/kiloqrama idxal etdiyi halda, 2021-ci ildə 4.08 dollar/kiloqrama satıb. Yəni 3% bahalaşma olub.
Qeyd edək ki, Azərbaycanda idxal olunmuş qara çayın pərakəndə satışı 1 avqust tarixinə ortalama hər 500 qr. üçün 10.41 manatdır.