Türkiyə iqtisadiyyatına 2002-ci ildən 2017-ci il aprel ayının 1-dək ümumilikdə 141,1 mlrd. ABŞ dolları həcmində birbaşa xarici investisiya qoyulun.
Türkiyə İqtisadiyyat Nazirliyinin yaydığı xəbərə görə, 16 il ərzində birbaşa investisiyaların 129,6 mlrd. dolları və ya 91,8%-i 20 ölkə tərəfindən həyata keçirilib.
Təhlil olunan dövr ərzində Azərbaycanın Türkiyəyə birbaşa investisiyaları 5,092 mlrd. dollar olub. Bunun 4,987 mlrd. dolları və ya 97,9%-i 2010-2017-ci illərdə həyata keçirilib. Nəticədə, Azərbaycan Türkiyəyə birbaşa investisiya yatıran ölkələr arasında 12-ci sırada qərarlaşıb, Azərbaycanın Türkiyəyə birbaşa investisiyalarda xüsusi çəkisi isə 3,6% olub.
Qeyd edək ki, ilk sırada 22,1 mlrd. dollarlıq birbaşa investisiya həcmi ilə Hollandiya yer alıb. İkinci sırada 11,2 mlrd. dollarla ABŞ, üçüncü sırada 9,8 mlrd. dollarla Avstriya qərarlaşıb. Rusiya (5,182 mlrd. dollar) isə 11-ci yeri tutur.