Azərbaycan 2019-cu ildə 45 milyon 888 min dollar məbləğində şokolad idxal edib. Bu barədə hökumətdən məlumat verilib.
Eləcə də bax: Azərbaycanda Rusiya şokoladlarının bazar payı artır - 73%-Ə ÇATIB
FED.az xəbər verir ki, "2019-cu ildə Azərbaycan 45 milyon 888 min dollar dəyərində 17 min 765 ton şokolad idxal edib. 2018-ci illə müqayisədə idxalın həcmi miqdar ifadəsində 6,6%, dəyər ifadəsində 13,3% artıb", - deyə məlumatda bildirilir.
Azərbaycana şokoladın əsas tədarükçüsü Rusiya olub. Ötən il RF-dən 29 milyon 461 min dollar dəyərində (artım 17,5%) 12 min 643 ton (artım 12,3%) şokolad idxal edilib. 2019-cu ildə Azərbaycana şokolad idxalının 71,2%-i RF-nin payına düşüb.
Azərbaycana şokoladın digər iri tədarükçüsü isə Ukrayna olub. 2019-cu ildə bu ölkədən 4 milyon 369,5 min dollar dəyərində 2 min 312 ton məhsul idxal edilib.
Eyni zamanda, Azərbaycan ötən il 5 milyon 277 min dollar dəyərində (artım 46,5%) 2 min 490 ton (artım 48,5%) şokolad ixrac edib. Rusiyaya 2 milyon 919 min dollar məbləğində (artım 48,7%) 1341 ton (artım 46,44%) şokolad ixrac edilib.
“İnterfaks-Azərbaycan”