Azərbaycanda 20-dən çox kiçik və böyük müəssisə şərab istehsal edir.
AZPROMO: "Bu il şərab ixracından 8 milyon dollar gəlir əldə edəcəyik"
FED.az xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.
O qeyd edib ki, həmin şirkətlərdən 15-ə yaxını məhsulunu ixrac edir, lakin 4-5 şirkət əsas ixracatçıdır.
"Əsas məsələ şərab mədəniyyətinin inkişaf etdirilməsidir. Azərbaycanda şərabçılıq ənənəvi sahə olub. 40 il bundan əvvəl Azərbaycanda böyük sahələrdə üzüm bağları olub. Bu baxımdan Azərbaycan həm Gürcüstanı, həm də Moldovanı geridə qoyub. Lakin ermənilər bağlarımızı məhv ediblər. Düşünürəm ki, bunu bərpa edə bilərik. Bunun üçün ölkədə həm texniki, həm də maddi bazası var. Bu gün Azərbaycanda üzüm bağlarının sahəsi 17 min hektardır. 2022- ci ildə ölkədə 210 min ton üzüm yığılıb. Bu, həm süfrə, həm də texniki üzüm olub. Texniki üzümlərin əkin sahəsi 5 min hektardan çoxdur. Bu da 50 min tona yaxın məhsul götürməyə imkan verir”, - deyə icraçı direktor əlavə edib. (Report)