Bu ilin yanvar-iyul aylarında Azərbaycan 93,7 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 19,8% azdır.
FED.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın verdiyi məlumata görə, 2021-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 116,9 mln. dollar təşkil edib.
Məlumata görə, bu ilin iyul ayında Azərbaycan 14,4 mln. dollarlıq qızıl ixrac edib ki, bu da illik müqayisədə 60% çoxdur. (Apa)