Bu ilin yanvar-iyul aylarında Azərbaycan 116,9 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 22,3% çoxdur.
Eləcə də bax: Azərbaycana ən çox pul gətirən - QEYRİ-NEFT MƏHSULLARI AÇLQLANDI - SİYAHI - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na görə, 2020-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 95,6 mln. dollar təşkil edib.
Məlumata görə, iyul ayında isə Azərbaycan 9 mln. dollarlıq qızıl ixrac edib ki, bu da illik müqayisədə 16% azdır. (Apa)