2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixrac həcmi $784,3 mln. təşkil edib. Bu barədə Mərkəzi Bankdan məlumat verilib.
2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan $1 mlrd. 116,5 mln. dəyərində qeyri-neft məhsulları ixrac edilib. Beləliklə, cari ilin 9 ayı ərzində qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 29,8% azalıb.
“Tədiyə balansına əsasən, yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixrac həcmi $784,3 mln. təşkil edib. III rübdə qeyri-neft ixracının həcmi I rübdə qeydə alınmış $316,2 mln.-a və I rübdə qeydə alınmış $228,7 mln.-a qarşı $239,4 mln. təşkil edib”, - deyə məlumatda bildirilir.
2016-cı ilin yanvar-sentyabr aylarında respublika $9,5 mlrd.-lıq məhsul ixrac edib.
Xəbər verildiyi kimi, 2015-ci ildə Azərbaycan qeyri-neft məhsullarının ixracını 8,2% - $1 mlrd. 498,2 mln.-dək azaldıb.