2020-ci ilin ilk 10 ayında Azərbaycandan qeyri-neft ixracı 11% azalıb.
Eləcə də bax: “İxrac İcmalı”nın noyabr sayı - Təqdim Edildi
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın 2020-ci ilin noyabr sayında bildirilir.
İcmalda bildirilir ki, ilk 10 ay ərzində Azərbaycandan xaricə 1,4 milyard dollarlıq qeyri-neft məhsulu ixrac edilib. Ötən il isə bu göstərici 1 milyard 573 milyon dollar təşkil etmişdi.
Bu dövrdə Azərbaycanın 9 əsas qeyri-neft məhsulunun 4-ü üzrə ixrac artıb, 5-i üzrə isə azalıb.
Belə ki, 2020-ci ilin ilk 10 ayında
Tomat ixracı 17,2% artaraq 147,6 milyon dollardan 173 milyon dollara yüksəlib.
Pambıq mahlıcı ixracı 11,7% artaraq 142,1 milyon dollardan 158,7 milyon dollara yüksəlib.
Qızıl ixracı 4,6% artaraq 90.5 milyon dollardan 94,7 milyon dollara yüksəlib.
Albalı və gilasın ixracı 15,4% artaraq 42,2 milyon dollardan 48,7 milyon dollara yüksəlib.
Eyni dövrdə
Fındıq ləpəsinin ixracı 15,7% azalaraq 100 milyon dollardan 84,4 milyon dollara enib.
Elektrik enerjisinin ixracı 9,7% azalaraq 62,9 milyon dollardan 56,8 milyon dollara enib.
İlkin formalı propilenin ixracı 4,5% azalaraq 57,1 milyon dollardan 54,5 milyon dollara enib.
Metanolun ixracı 29,3% azalaraq 59,8 milyon dollardan 42,3 milyon dollara enib.
Emal olunmamış alüminiumun ixracı 23,7% azalaraq 52,4 milyon dollardan 40 milyon dollara enib.
Bu dövrdə digər qeyri-neft məhsullarının ixracı isə 15,5% və ya 127 milyon dollar azalaraq 691,3 milyon dollardan 818,2 milyon dollara enib.