Bu ilin yanvar ayı ərzində Azərbaycanın ixracı 1,6 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 146 mln. dollar olub.
Eləcə də bax: Əsas ixracatçı şirkətlər - SİYAHI
FED.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,2 mln. dollar və ya 3,7% artıb.
2021-ci ilin yanvar ayı ərzində Türkiyəyə 52,7 mln. dollar, Rusiyaya 42,8 mln. dollar, İsveçrəyə 10 mln. dollar, Gürcüstana 6,4 mln. dollar və Çinə 4,3 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2021-ci ilin yanvar-fevral aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (16,7 mln. dolları) birinci, pambıq mahlıcı (14,3 mln. dollar) ikinci və qabığı təmizlənmiş meşə fındığı (10,2 mln. dollar) üçüncü olub.
2021-ci ilin iki ayı ərzində meyvə-tərəvəz ixracı 37 mln. dollar, pambıq lifi ixracı 14,3 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 13,8 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 3 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 7,8 mln. dollar, pambıq ipliyi ixracı 3,2 mln. dollar, spirtli və spirtsiz içkilərin ixracı 1 mln. dollar, şəkər ixracı 1,5 mln. dollar, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 1,7 mln. dollar, çay ixracı 760 min dollar təşkil edib. (Apa)