Bu ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 912,2 mln. ABŞ dolları təşkil edib.
Elektrik enerjisi 1-ci, polipropilen 2-ci, fındıq 3-cü olub - “İXRAC İCMALI”
FED.az İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə - AZPROMO-ya istinadən xəbər verir ki, bu, 2022-ci ilin analoji dövrü ilə müqayisədə 23,2% çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3% artaraq 3 047,67 mln ABŞ dollarına bərabər olub.