2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft ixracının həcmi $1,07 mlrd. təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 30% çoxdur.Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.
“Cari ilin 9 ayı ərzində Azərbaycanın qeyri-neft ixracının həcmi $1,07 mlrd. təşkil edib və ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 30% artıb. Bununla belə, bu ilin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsinin həcmi 7% artıb”, - V.Qasımlı bildirib.
Onun sözlərinə görə, hesabat ilində 1,582 min şirkət tərəfindən qeyri-neft nəhsullarının ixracı həyata keçirilib.
V.Qasımlı vurğulayıb ki, 2017-ci ilin yanvar-sentyabr aylarında qeyri-neft ÜDM-in artımı 2,5% təşkil edib. “Həyata keçirilən iqtisadi islahatlar, sənaye aqrar və texnoloji parkların yaradılması 2018-ci ildə qeyri-neft sektorunda daha yüksək artım templərini gözləməyə əsas verir. Gələn il Dövlət İnvestisiya Proqramı vasitəsilə iqtisadi dəstək göstəriləcək, bu da qeyri-neft sektorunun inkşafını təmin edəcək”, - o əlavə edib.
İnterfax©