Bu ilin yanvar-noyabr ayıları ərzində Azərbaycanın ümumi ixracı 19,8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə isə 2,4 mlrd. dollar təşkil edib.
Eləcə də bax: Xurma 1-ci, karbamid 2-ci, fındıq 3-cü olub - AZƏRBAYCANIN İXRACINDA SON VƏZİYYƏT
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 720,8 mln. dollar və ya 44% artıb.
Cari ilin 11 ayı ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 258,8 min dollar artaraq 549,8 mln. dollar təşkil edib.
Müvafiq dövr ərzində qeyri-neft ixracında pambıq iplik 3,4 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 2,3 dəfə, kimya sənayesi məhsulları 2,7 dəfə, pambıq lifi 70,2%, şəkər 29,8%, alüminium və ondan hazırlanan məmulatlarda isə 69,3%, artım qeydə alınıb.
Normallaşma prosesinin davam etdiyi dövrdə noyabr ayı üzrə ixrac 2,95 mlrd. dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 58,7% təşkil etməklə 307,2 mln. dolları olub.
2021-ci ilin noyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 1,6% artaraq 98,9 mln. dollar, qeyri-yeyinti məhsulları üzrə isə 2,2 dəfə artaraq 208,3 mln. dollar təşkil edib.