Bu ilin yanvar ayında Azərbaycanın ümumi ixracının dəyəri 1,8 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 222 milyon ABŞ dolları təşkil edib.
"Azərbaycanın qeyri-neft məhsulları üzrə ixracı 9,8 faiz artıb" - MƏTBUAT KONFRANSI
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 22 % azalıb.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycan 3,3 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib. Bu, 2022-ci ilə nisbətən 9,8 % çoxdur.