Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 113 901,28 min ABŞ dolları dəyərində pambıq ixrac olunub.
Eləcə də bax: Bu il “Azərpambıq” gəlirlərini - 98% Artırıb
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2 dəfədən çox artıb.
Cari ilin ilk dörd ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 1,79%-a bərabər olub.
Hesabat dövründə ölkədən 96 937,46 min dollar dəyərində 64 636,53 ton pambıq lifi ixrac olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 2,1 dəfə, həcm göstəricisi üzrə isə 2 dəfəyədək üstələyir.
Cari ilin yanvar-aprel ayları ərzində ölkədən 15 224,89 min dollar dəyərində (artım 74,2%) 5 643,22 ton (artım 47,1%) iplik pambıq ixrac olunub.
Bu ilin yanvar-aprel aylarında pambıq idxalının dəyəri 1 769,09 min dollar olub ki, bu da ötən ilin müvafiq göstəricisindən 12% azdır. Bu ilin ilk dörd ayı üzrə pambığın ümumi idxalda xüsusi çəkisi 0,05% təşkil edib. (Apa)