Bu il yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 30,209 mlrd. ABŞ dolları təşkil edib. Bu, illik ifadədə 32,8% çoxdur.
Eləcə də bax: Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu - KƏSKİN ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2021-ci ilin ilk on bir ayında ixrac 19,799 mlrd. dollar, idxal isə 10,410 mlrd. dollar təşkil edib. İllik müqayisədə Azərbaycanın ixracı 51,6%, idxalı isə 7,5% artıb.
Nəticədə, hesabat dövründə 9,390 mlrd. dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2,8 dəfə çoxdur.