Səməd Həsənov Özbəkistanda yerləşməklə Mərkəzi Asiya ölkələri (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan) üzrə ticarət nümayəndəsi təyin edilib.
AZCON-un icraçı direktoruna yeni müşavir təyin edilib
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafında, bu ölkələrdə "Made in Azerbaijan" brendinin və Azərbaycandakı investisiya mühitinin təşviqində, ölkəmizin qeyri-neft ixracının artırılmasında önəmli rol oynayacaq.
S. Həsənov 1990-cı ildə anadan olub. 2012-ci ildə ümumi iqtisadiyyat ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetini, 2018-ci ildə isə hüquqşünaslıq ixtisası üzrə Belarusun Yanka Kupala adına Dövlət Universitetini bitirib.
O, 2015-ci ildə əmək fəaliyyətinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) baş layihə meneceri kimi başlayıb, müxtəlif vəzifələrdə işləyib. 10 avqust 2023-cü ildən AZPROMO-nun İnvestisiyaların təşviqi departamentinin direktoru vəzifəsində işləyib. (Report)











