2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın MDB ölkələrinə ixracı 1,192 milyard dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz çoxdur.
Eləcə də bax: Pomidor istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla - Görüş Keçirilib
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.
Hesabat dövründə Azərbaycanın ümumi ixracında MDB ölkələrinin payı 9,13 faiz təşkil edib.
Eyni zamanda, 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın MDB ölkələrindən idxalı 2,493 milyard dollara bərabər olub.
Azərbaycanın ümumi idxalında MDB ölkələrinin payı 25,74 faiz təşkil edib.
Azərbaycanın 2020-ci ilin yanvar-noyabr aylarında ümumi xarici ticarət dövriyyəsi 2019-cu illə müqayisədə 25,8 faiz azalaraq 22,746 milyard dollara bərabər olub. (Trend)