2016-cı ilin yekunları üzrə Azərbaycanın maliyyə sisteminin dərinliyi 43 mlrd. manat və ya ÜDM-nin 71,1%-ni təşkil edib. Bu barədə hökumətin ötən ilə dair hesabatında deyilir.
"2016-cı ilin yekunları üzrə Azərbaycanın maliyyə sisteminin aktivləri 43 mlrd. manat və ya ÜDM-nin 71,1%-i səviyyəsində qiymətləndirilir. Maliyyə sistemi aktivlərinin 73,2%-i bankların payına düşür", - deyə hesabatda qeyd olunur.
2015-ci illə müqayisədə ötən il bankların aktivləri 9,9% azalıb.
Sığorta sektoru və investisiya şirkətlərinin maliyyə dərinliyinə təsiri cüzidir. Xüsusilə sığorta sektorunun ümumi aktivləri 1 mlrd. 31 mln. manat məbləğində qiymətləndirilir və 2016-cı il ərzində 1,9% artıb.
Ötən ilin yekunları üzrə sığorta bazarının aktivlərinin strukturunda 44,4% (457 mln. manat) banklarda yerləşdirilən depozitlərin payına düşüb.
2016-cı ilin sonuna Azərbaycanda 32 bank və 21 sığorta şirkəti lisenziyaya malik olub.
İnterfax©