Azərbaycanın ixrac missiyası bu gün Almaniyaya gedib. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Bu ilin ilk ixrac missiyası Almaniyaya gedib. İxrac missiyasında müsabiqə əsasında seçilmiş meyvə-tərəvəz, təbii mineral suları, meyvə şirələri, şərab, bal və çay istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edir”, - deyə məlumatda deyilir.
Missiya iştirakçıları Berlində təşkil olunan ərzaq sənayesi, kənd təsərrüfatı və bağçılıq üzrə "Beynəlxalq Yaşıl Həftə 2017" sərgisini ziyarət edəcək, yerli distributorlarla, potensial müştərilərlə ikitərəfli görüşlər keçirəcəklər.
Xəbər verildiyi kimi, ixracatçıların səfəri yamvarın 27-dək davam edəcək.