2019-cu ilin ilk iki ayında Azərbaycandan ən çox ixrac olunan məhsullar elektrik enerjisi, pambıq mahlıcı və fıqdıq olub. FED.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin mart ayı üçün sayına istinadən xəbər verir ki, yanvar-fevral aylarında ölkədən 30,5 milyon dollarlın elektrik enerjisi, 25,9 milyon dollarlıq mahlıc, 24,7 milyon dollarlıq fındıq ixrac edilib.
Eləcə də bax: Azərbaycanda ixracdan ən çox qazanan şirkətlər – SİYAHI – MƏBLƏĞLƏR
İcracın həcminə görə, sonrakı yerləri qızıl, tomat və xurma tutub.
Qeyd edək ki, əvvəlki illə müqayisədə qızıl ixracı azalaraq 24,4 milyon dollardan 20,2 milyon dollara düşüb. Xurma ixracında da azalma var – 19 milyon dollardan 17,5 milyon dollara.