Dünya Bankı bu il Azərbaycanda istehlak bazarının 3,7% artacağını proqnozlaşdırır.
Eləcə də bax: Dünya Bankı Azərbaycan üzrə inflyasiya proqnozunu - Açıqlayıb
FED.az xəbər verir ki, Dünya Bankının region üzrə dərc olunmuş yeni hesabatına görə, 2022-ci ildə istehlak bazarında 3,6%-lik, 2023-cü ildə isə 3,5% səviyyəsində artım gözlənilir.
Qeyd edək ki, istehlak bazarı dedikdə, Azərbaycanda istehlakçıların şəxsi tәlәbatlarının ödәnilmәsi mәqsәdilә satılmış mәhsulların vә göstәrilmiş xidmәtlәrin dәyәri nəzərdə tutulur.
Xatırldaq ki, 2020-ci ildə ölkədə istehlakçılar 47,9 mlrd. manat dəyərində məhsullar və göstərilmiş xidmətlər alıblar ki, bu da 2019-cu il ilə müqayisədə 8,1% azdır. (Apa)