2020-ci ilin yanvar-fevral aylarında Azərbaycnla İran arasında ticarət dövriyyəsi kəskin azalıb.
Eləcə də bax: Azərbaycanın İranla sərhədinin bağlanması - MÜDDƏTİ UZADILDI
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ilin ilk iki ayında iki ölkə arasında ticarət dövriyyəsində ötən illi müqayisədə 3,2 dəfə azalma baş verib.
Eləcə də bax: İrandan Azərbaycana nə gətirilir - HANSI MALLAR BAHALAŞA BİLƏR? - SİYAHI
Belə ki, 2020-ci ilin yanvar-fevralında Azərbaycanla İran arasında ticarət dövriyyəsi 60 milyon 201 min dollar olub.
2019-cu ilin eyni dövründə isə dövriyyə 191 milyon 295 min dollar idi.
Dövriyyənin belə kəskin azalması əsasən İrandan Azərbaycana ixracın azalması ilə bağlıdır. Belə ki, 2020-ci ilin ilk 2 ayında qonşu ölkədən Azərbaycana cəmi 51 milyon 775 min dollarlıq ixrac olub. Ötən il isə qonşu ölkənin ixracı 181 milyon 320 min dollar idi - 3,5 dəfə azalma.
2020-ci ildə Azərbaycandan İrana ixrac da azalıb. İlk 2 ayda bu göstərici 8 milyon 426 min dollar idi. Ötən ilin eyni dövründə isə Azərbaycandan ixrac 9 milyon 975 min dollar olmuşdu – 15,5% azalma.
Qeyd edək ki, ticarət dövriyyəsinin azalmasının səbəbi koronavirus səbəbindən İranla sərhədlərdə tətbiq edilən məhdudiyyətdir.