Dövlət Statistika Komitəsi 2022-ci ildə ölkə iqtisadiyyatı ilə bağlı əsas göstəriciləri açıqlayıb.
Eləcə də bax: Prezident bahalaşmadan - DANIŞDI
FED.az xəbər verir ki, 1-ci rübdə (yanvar-mart aylarında) ölkədə 30 milyard 037 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz çox ümumi daxili məhsul istehsal edilib.
İqtisadiyyatın neft-qaz sektorunda artım cəmi 0,6 faiz olub, əvəzində qeyri neft-qaz sektorunda 10,3 faiz irəliləyiş olub.
ÜDM istehsalının 54,1 faizi sənaye, 7,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi tikinti, 2,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,3 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,0 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 2 991 manata bərabər olub.