Azərbaycanın iqtisadi cəhətdən ən güclü və ən zəif rayonları məlum olub.
FED.az xəbər verir ki, ölkə iqtisadiyyatının böyük hissəsinin yerləşdiyi Bakı şəhəri istisna olmaqla, digər şəhər və rayonlar arasında ən böyük həcmli iqtisadiyyata malik olan şəhər və rayonların ilk 5-liyində Sumqayıt, Gəncə, Abşeron, Şəmkir və Şirvan yer alıb. Göstəricilər iqtisadiyyatın sənaye, kənd təsərrüfatı meşə təsərrüfatı və balıqçılıq, tikinti, nəqliyyat və anbar təsərrüfatı informasiya və rabitə, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrini əhatə edir.
Eləcə də bax: Ən yüksək və ən aşağı maaş olan - RAYONLAR – SİYAHI, MƏBLƏĞLƏR
İqtisadiyyatı ən nəif inkişaf etmiş rayon isə (işğal altındakı rayonları nəzərə almasaq) Naftalandır.
Naxçıvan Muxtar Respublikasına gəlincə, paytaxt Naxçıvan şəhərinin iqtisadiyyatının həcmi Sumqayıtla müqayisə olunan həddədir. Burada Şərur və Babək rayonlarını fərqləndirmək olar.