Azərbaycanın investisiya imkanları Davos İqtisadi Forumu çərçivəsində baş tutan "Ticarət və investisiya liderliyi naharı" sessiyasında təqdim edilib.
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu - 10% ARTIB
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, sessiyada işğaldan azad edilmiş ərazilərdə sənaye zonalarının yüksək iqtisadi potensialı və zəngin resursların dayanıqlı inkişaf üçün perspektivləri barədə məlumat verilib: “Rəqəmsal həllər əsasında iqtisadi inkişafın, dövlət-özəl tərəfdaşlığını təmin edən layihələrin artırılmasının və investisiyaların diversifikasiyasının əhəmiyyətini vurğuladıq”.