Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 2 302,36 mln. ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,3% çoxdur.
Ötən ay ticarət dövriyyəsinin 1 279,64 mln. dolları ixracın, 1 022,72 mln. dolları idxalın payına düşüb. Son 1 ildə ixrac 23,2%, idxal isə 48,5% artıb.
Beləliklə xarici ticarətdə 256,92 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 26,6% azdır.
Eləcə də bax: «Onlar 230 milyon manatı vergidən yayındırmışdılar» - Mikayıl Cabbarov – YENİLƏNİR – CANLI YAYIM