Araşdırma göstərir ki, qiymətin müşahidə edilən 140-dan artıq ərzaq növünün 22-i yalnız idxal edilir və onların yerli anologiyası olmayıb. Beləliklə…
İdxaldan 100% asılı olduğu ərzaqlar...
Dekabr ayının monitorinqi göstərir ki, ticarət şəbəklərində aşağıdakı ərzaq növlərinin yalnız idxal anologiyalarına rast gəlinib:
| Məhsulun adı | Ölçü vahidi | Qiymətləri, manatla |
| Manna yarması | 1 kq | 2.4 |
| Qarabaşaq yarması | 1 kq | 2.12 |
| "Herkules" yilaf yarması | 500 qr | 2.13 |
| Yarmadan, undan və ya nişastadan hazırlanmış uşaq qidaları | 500 qr | 9.52 |
| Dondurulmuş stavrida, skumbriya, xek | 1 kq | 5.3 |
| Şprot balıq konservləri | 125 qr | 1.44 |
| Sayra, sardina balıq konservləri | 125 qr | 1.21 |
| Uşaq qidası üçün quru süd qarışığı | 1 lt | 31.33 |
| Tərkibində qursaq mayası olan bərk və yumşaq pendir | 1 kq | 12.75 |
| Əridilmiş pendir | 1 kq | 13.67 |
| Banan | 1 kq | 2.78 |
| Qurudulmuş ərik | 1 kq | 8.85 |
| Qurudulmuş xurma | 1 kq | 5.23 |
| Qurudulmuş üzüm | 1 kq | 6.63 |
| Şirin bibər | 1 kq | 1.84 |
| Badımсan | 1 kq | 1.9 |
| Bulyon kubikləri | 1 əd | 0.14 |
| Xəmir mayası | 100 qr | 1.05 |
| Ərzaq sodası | 500 qr | 0.8 |
| Tez həll olunan qəhvə | 100 qr | 5.11 |
| Kakao tozu | 100 qr | 2.42 |
| Energetik içki | 250 ml | 1.15 |
Yerli məhsullardan 100% asılı olduğu ərzaqlar...
2017-ci ilin dekabr ayı ərzində ticarət şəbəkələrində aparılan müşahidələrin nəticəsinə görə, 27 çeşiddə qida bütünlüklə yerli məhsul olub. Həmin məhsullar və onların qiyməti aşağıdakı cədvəldə əks olunub.
| Məhsulun adı | Ölçü vahidi | Qiymət, manatla |
| Əla növ buğda çörəyi | 1 kq | 0.79 |
| Çovdar çörəyi | 1 kq | 1.08 |
| Qarşıq undan çörək | 1 kq | 0.98 |
| Bulka | 100 qram | 0.26 |
| Paxlava | 1 kq | 7.15 |
| Sümüklü mal əti (doğranmış) | 1 kq | 10.51 |
| Sümüksüz mal əti (tikə) | 1 kq | 12.83 |
| Sümüklü qoyun əti | 1 kq | 10.78 |
| Mal ciyəri | 1 kq | 6.32 |
| Farş | 1 kq | 10.94 |
| Kütüm, sazan, xəşəm | 1 kq | 6.38 |
| Pasterizə olunmamış üzlü süd | 1 lt | 0.84 |
| Qatıq | 1 lt | 1.84 |
| Dovğa | 1 lt | 1.83 |
| Şor | 1 kq | 2.94 |
| Toyuq yumurtası | 10 ədəd | 1.62 |
| Xurma | 1 kq | 0.6 |
| Çiyələk | 1 kq | 2.2 |
| Qoz | 1 kq | 5.38 |
| Fındıq | 1 kq | 5.03 |
| Göyərti | 1 dəstə | 0.14 |
| Balqabaq | 1 kq | 0.51 |
| Təzə göbələk | 1 kq | 4.8 |
| Xiyar turşusu | 1 kq | 1.73 |
| Pomidor turşusu | 1 kq | 1.69 |
| Kələm turşusu | 1 kq | 1.42 |
| Saqqız | 1 ədəd | 0.56 |













