Azərbaycan 2018-ci ildə ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən FEd.az-a verilən məlumata görə, ötən il ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və İsrail qərarlaşıb.
ELƏCƏ DƏ BAX: Gömrük ixrac-idxal rəqəmlərini açıqladı - SALDO DEKABRDA KƏSKİN AZALIB
İtaliyaya ixrac 5 milyard 879 milyon 775 min ABŞ dolları, Türkiyəyə 1 milyard 825 milyon 981 min dollar, İsrailə isə 1 milyard 310 milyon 824 min dollar dəyərindədir.
Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin siyahısında ilk üçlükdə İtaliya, Türkiyə və Rusiya dayanır. İtaliya ilə ticarət dövriyyəsi 6 milyard 219 milyon 861 min dollar, Türkiyə ilə 3 milyard 402 milyon 846 min dollar, Rusiya ilə isə 2 milyard 550 milyon 906 min dollar təşkil edib.
Azərbaycanın ən çox məhsul göndərdiyi ölkələr – SİYAHI
20:39
17 Yan 2019