“İxrac İcmalı”nın iyul sayı təqdim olunub.
Eləcə də bax: Pambıq mahlıcı 1-ci, pomidor 2-ci, karbamid 3-cü yeri tutub - İXRAC İCMALI
FED.az xəbər verir ki, “İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-iyun aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
“MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “P-Aqro” MMC, “STP Alüminium” MMC, “Şimal AqroPark” MMC, “Rose Servis” MMC, “ZR-78 Company” MMC, “Almeyvə” MMC, “Mors Trading” MMC, “Aqrovest” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Azəralüminium” MMC, “Socar Polymer” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “AzerGold” QSC, “Azərenerji” ATSC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Geofizika və Geologiya İdarəsi”, Naxçıvan MR Dövlət Energetika Xidməti.