Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, 2019-cu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə 16 milyard 871 milyon 200 min manat vəsait daxil olmuş, büdcədən 16 milyard 690 milyon 600 min manat vəsait xərclənmişdir.
Büdcənin icrasında 180 milyon 600 min manatlıq profisit (artıqlıq) yaranıb.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 14 milyard 901,4 milyon manat təşkil etmişdi. Bu dövrdə büdcədən 14 milyard 712,2 milyon manat və ya əvvəlki ilin eyni dövründəkindən 9,1 faiz çox vəsait xərclənmiş, büdcənin icrasında 189,2 milyon manatlıq (ümumi daxili məhsulun 0,4 faizi qədər) profisit yaranmışdı.