Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 52-ci illik toplantısında maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycan beynəlxalq maliyyə təşkilatlarının proqramlarında, o cümlədən Asiya İnkişaf Bankının Asiya İnkişaf Fondunda donor ölkə qismində iştirak edəcək.
FED.az xəbər verir ki, toplantı çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri maliyyə naziri Samir Şərifov AİB-in prezidenti Takehiko Nakao, Bankın region uzre vitse-prezidenti Şişin Çen, Mərkəzi və Qərbi Asiya Departamentinin rəhbəri Verner Lipax və Azərbaycanı bankın idarə heyətində təmsil edən avstraliyalı icraçı direktor Toni Makdonald görüşüb. Görüşr zamanı nazir bildirib ki, ölkə rəhbərliyinin tapşırığına əsasən donorluq edəcək.Nazirin bu açıqlamasını bəzi ekspertlər adekvat qiymətləndirmək əvəzinə “bizim özümüzün donora ehtiyacı var” deyə irad bildirdilər.
Eləcə də bax: "Azərbaycanda 31 xalça fabrikinin yaradılması nəzərdə tutulur"
Əslində real vəziyyət necədir? Azərbaycanın valyuta ehtiyatları 3 milyard dollar artıb və 45 milyard dollara çatıb. Xarici borc 22,8 faizdən 19 faizə düşüb və iqtisadiyyat üçün kritik həddən 3 dəfə azdır. Avropa Birliyinin 1992-ci il Maastrixt razılaşmasına görə, xarici borc ÜDM-in 60 faizindən yuxarı olduqda təhlükəli səviyyə hesab olunur. Əgər xaric borc 1 il ərzində 3 faiz azalıbsa və təhlükəli həddən 3 dəfə azdırsa, üstəlik də valyuta ehtiyatları xarici borcdan bir neçə dəfə çoxdursa, onda niyə Azərbaycan donorluq etməsin?Üstəılik də burada “donorluq” “xeyrriyyəçilik” anlamına gəlmir – beynəlxalq biznes layihələrində iştirakçılıq anlamındadır. Əgər Maliyyə Nazirliyi beynəlxalq biznes layihələrində iştirakla gəlir əldə edəcəksə, buna yalnız pozitiv yanaşmaq olar – yəni nazirlik itirmir, əksinə, qazanır.
“Azərbaycan iqtisadiyyatına donor lazımdır” fikri isə düzdür. Məsələ bundadır kl, Azərbaycana lazım olan donorlardan biri də AİB-dir. Maliyyə sektoru və iri müəssisələrin sağlamlaşdırılmasına AİB kreditlər ayırıb. Azərbaycan bankın beynəlxalq layihələrində iştirak etməklə, Azərbaycana daha əlverişli şərtlərlə kredit ayrılmasına zəmin yaranacaq.