2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanın dəniz limanları ilə yük daşımalarının həcmi 2016-cı ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 38,3% - 6 mln. 87,7 min tona qədər artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, yüklərin ümumi həcmindən 5 mln. 853,5 min ton və ya 96,1% beynəlxalq tranzit yüklərin, 3,9% yerli yüklərin payına düşüb. Tranzit daşımaların həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 43,8% artıb.
Ötən il Azərbaycanın dəniz limanlarında 9 mln. 125,9 min ton yük emal edilib.
Azərbaycanın bütün limanları (Bakı, Astara, Lənkəran və Sumqayıt) Xəzər dənizinin sahilində yerləşir. Bakı limanının 17 yanalma körpüsü var (xam neft və neft məhsullarının daşınması üçün 5, taxta-şalban və digər yüklər üçün 10, sərnişindaşıma üçün 2 yanalma körpüsü). Liman Dübəndi və Səngəçalda iri neft terminallarına malikdir. Bundan başqa, 2014-cü ildə Ələt qəsəbəsinə tikilən yeni Bakı Beynəlxalq Dəmiz Limanının bərə terminalı istifadəyə verilib.
Azərbaycanın dəniz limanları ilə yük daşımalarının həcmi artıb
14:33
24 Avq 2017