Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 316,922 mln. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,7% azdır.
Eləcə də bax: Azərbaycan Çinə 102 milyon dollardan çox neft ixrac edib
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilərə görə, hesabat dövründə ixracın həcmi 113,128 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 70,6% çoxdur. İdxal isə 203,794 mln. dollara bərabər olub ki, bu da illik müqayisədə 22,4% azdır.
Nəticədə, 2021-ci ilin ilk iki ayında 90,665 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici illik müqayisədə 2,2 dəfə azalıb. (Apa)