2017-ci il sentyabrın 15-nə "Cənub Qaz Dəhlizi" QSC layihədə öz payının maliyyələşdirilməsi çərçivəsində 7,6 milyard investisiya yatırıb.
FED.az Trend-ə istinadən xəbər verir ki, bunu neft-qaz bazarındakı mənbə deyib.
Onun sözlərinə görə, layihə çərçivəsində 2014-2020-ci illərdə QSC-nin xərclərinin ümumi həcmi 12,3 milyard dollar təşkil edir:
"15 sentyabr tarixinə bu məbləğdən 7,6 milyard dollar (və ya zəruri vəsaitin 62 faizi) sərmayə qoyulub"