Beynəlxalq Valyuta Fondu (BVF) koronavirus pandemiyası fonunda yaranan iqtisadi şoklara cavab kimi, ünvanlı sosial təminat və vergi tətillərinin tətbiqinin vacibliyini bildirir.
Eləcə də bax: Valyuta Fondu: «Dünya iqtisadiyyatı sadəcə dayanıb»
FED.az xəbər verir ki, BVF-nin Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi aprel hesabatına görə, Azərbaycanın büdcəsi mövcud planları dəyişmədən bu tədbirləri həyata keçirməyə tam imkan verir. Fonda görə, ünvanlı sosial təminat əsasən kiçik ev təsərrüfatlarına yönəldilməlidir, vergi tətilləri isə şoklardan ən çox təsirlənən KOB-lara və turizm sektorundakı müəssisələrə tətbiq olunmalıdır.
BVF qeyd edir ki, maliyyə vəsaitlərinin məhdud ola biləcəyi təqdirdə pandemiyanın səbəb olduğu sosial-iqtisadi sarsıntılara adekvat reaksiya vermək üçün əlaqələndirilmiş beynəlxalq dəstək tələb oluna bilər.
Apa