Ötən ilin yekunlarına görə, Azərbaycanın Qara Dəniz Ticarət və İnkişaf Bankına (QDTİB) ödənilməmiş kreditlər üzrə borcu 121,519 mln. avro təşkil edib.
FED.az xəbər verir ki, bu barədə QDTİB-in illik hesabatında deyilir.
Hesabatda qeyd olunub ki, bu göstərici 2018-ci il ilə müqayisədə 2,2 dəfə artıb. Layihələr üzrə Azərbaycan tərəfindən hələ istifadə olunmamış öhdəliklərin həcmi isə 16,9 dəfə azalaraq 387 min avroya enib.
"apa"