Bölgənin əsas sənaye mərkəzlərindən birinə çevriləcək rayonda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. FED.az xəbər verir ki, Daşkəsən rayonunda 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilib. Rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev qeyd edib ki, 2017-ci ilin 9 ayı ərzində rayonda kənd təsərrüfatı məhsulları 22 milyon 412 min manat (6,8% çox), nəqliyyat üzrə 2 milyon 309 min manat (4,9% çox), ticarət və ictimai iaşə xidmətləri üzrə 17 milyon 519 min manat (7,4% çox) olmuşdur. Hesabat dövründə rayonda 495 iş yeri açılmışdır.
Cəbhə bölgəsində yerləşən, soyuq sərt iqlim şəraitinə malik Daşkəsən rayonunun ərazisində ötən 9 ay ərzində bir sıra tikinti, təmir-bərpa, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da müxtəlif sahələr üzrə işlər davam etdirilməkdədir. Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının tikintisi başa çatdırılmış, Daşkəsən Səhərində yeni “Hotel” və “Restoran” istifadəyə verilmiş, rayon məhkəməsinin inzibati binası əsaslı təmir olunmuş, Dövlət Notariat Kontoru və Rayon Qeydiyyat şöbəsi yeni binaya köçürülmüşdür.
Azərbaycanın bu rayonunda da hotel açıldı
09:18
17 Okt 2017