Özbəkistanın Azərbaycanla ticarət dövriyyəsi təxminən 7 dəfə, Türkiyə ilə isə 2,5 dəfə artıb.
Eləcə də bax: Azərbaycanla Özbəkistan birgə investisiya fondu - YARADACAQ
FED.az xəbər verir ki, bunu Özbəkistan xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşünün yekununda keçirilən mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, bu müsbət tendensiya bu il də saxlanacaq.
"Bununla belə, Azərbaycan və Türkiyə ilə iqtisadi əməkdaşlığın yüksək dinamikası mövcud potensiala tam cavab vermir. Bu gün bütün mövcud ehtiyatları qarşılıqlı səmərəli tərəfdaşlıqda tam istifadə etmək üçün bütün şərtlər var", - deyə V.Norov bildirib. (Trend)