"Azəralüminium" şirkəti bu ilin yanvar-iyun ayları ərzində 93,4 mln. ABŞ dolları dəyərində məhsul ixrac edib.
Eləcə də bax: Pambıq mahlıcı 1-ci, pomidor 2-ci, karbamid 3-cü yeri tutub - İXRAC İCMALI
FED.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin göstəriciləri əsasında aparılan hesablamalara görə, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 45 mln. dollar və ya 93% çoxdur.
Ötən ilin ilk altı ayında şirkət 48,4 mln. dollar dəyərində məhsul ixrac edib.
Bu ilin may ayının göstəricisi ilə müqayisədə isə, iyunda müəssisə tərəfindən keçirilən ixracın dəyəri 7,8 mln. dollar və ya 53,4% azalaraq 6,8 mln. dollar təşkil edib. (Apa)