Azərbaycan Moskva vilayətinə albalı və ərik ixrac edən əsas ölkələrdən olub.
Eləcə də bax: Meyvə-tərəvəz məhsullarının ixracı 23,6 faiz - ARTIB
FED.az Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") yaydığı məlumata istinadən xəbər verir ki, may ayının əvvəlindən Xidmətin Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi Moskva vilayətinə daxil olan 3,2 min ton albalı və əriklərə nəzarət tədbirləri keçirib.
Qeyd olunan məhsulların əsas tədarükçüləri Azərbaycan, Özbəkistan və Tacikistan istehsalçıları olub.
Ümumrusiya Bitki Karantini Mərkəzinin mütəxəssisləri tərəfindən məhsullarla bağlı laboratoriya sınaqları aparılıb və karantin fitosanitar tələblərinə uyğunluğunu təsdiqləndikdən sonra mallar sərbəst satışa buraxıb. (Apa)