Azərbaycanın 8 şərab istehsalçısı Çinə öz məhsullarını ixrac edir.
FED.az xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycan Çinə ixrac missiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycanın ixracatçıları bu il beş ölkədə təşkil olunan sərgidə iştirak edib. Bu sərgilər Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Honq Konq və 2 dəfə Almaniyada təşkil olunub.