2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanın 24 şəhər/rayonunda iqtisadi geriləmə baş verib. Dövlət Statistika Komitəsindən FED.az-ın sorğusuna verilən cavaba əsasən, ən böyük azalma Ağcabədi və Şabran rayonlarında olub. Ağcabədidə geriləmə 24%, Şabranda 20% təşkil edib.
Eləcə də bax: İqtisadi gücünə görə, Azərbaycanın - ƏN GÜCLÜ VƏ ƏN ZƏİF RAYONLARI - TAM SİYAHI
Lənkəran, Yardımlı, Yevlax və Gəncə də iqtisadi geriləmənin ciddi olduğu rayonlar arasındadır.
Ölkənin 48 şəhər və rayonunda isə iqtisadi artım olub. Ən sürətli artım Kəlbəcər rayonunda baş verib – 52%. Ərazisi qismən və ya tamamilə işğal altında olan rayonlar arasında təkcə Cəbrayıl rayonunda azalma olub – 5,2%
Eləcə də bax: Azərbaycanın ən varlı və ən kasıb rayonları – SİYAHI MƏBLƏĞLƏR