Azərbaycandan caricə xurma satışında böyük artım baş verib.
Eləcə də bax: Azərbaycandan xurma ixracı azalıb - SƏBƏB
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar ayında Azərbaycandan xaricə ümumi dəyəri 16 676 min dollar olan 22 min 494 ton xurma ixrac edilib.
Bu ötən ilin yanvarı ilə müqayisədə məbləğdə 6 milyon dollar və ya 57%, həcmdə isə 9 min ton və ya 67% artıqdır.
Belə ki, ötən il Azərbaycandan xaricə ümumi dəyəri 10 milyon 604 min dollar olan 13 min 437 ton xurma ixrac edilmişdi.
Xurma satışının kəskin artması nəticəçsində onun ümumi ixracdakı payı da yüksəlib. Belə ki, 2020-ci ilin yanvarında xurma ümumi ixracda 7,53% yer tuturdusa, 2021-ci ildə bu göstərici 11,42%-ə yüksəlib.
Əvəzində bu il ixrac edilən xurmanın qiyməti bir qədər azalıb. Belə ki, yanvar ayında ixrac edilən xurmanın bir kiloqramı 0,74 dollara satılıbsa, ötən il bu məbləğ 0,79 dollar idi.