2021-ci ilin yanvar ayında Azərbaycandan xaricə ümumi dəyəri 281,4 min dollar olan 776,7 ton alma ixrac edilib.
Eləcə də bax: Daha 27 müəssisədən Rusiyaya alma ixracına - İcazə Verilib
FED.az xəbər verir ki, bu ötən ilin yanvarı ilə müqayisədə məbləğdə 12,7 dəfə, həcmdə isə 10,5 dəfə azdır. Belə ki, ötən il Azərbaycandan xaricə ümumi dəyəri 3 milyon 578 min dollar olan 8 203 ton alma ixrac edilmişdi.
Alma satışının kəskin azalması nəticəçsində onun ümumi ixracdakı payı da azalıb. Belə ki, 2020-ci ilin yanvarında alma ümumi ixracda 2,54% yer tuturdusa, 2021-ci ildə bu göstərici 0,2%-ə düşüb.
Alma ixracının azalması ilə yanaşı, xaricə satılan almanın qiyməti də aşağı düşüb. Belə ki, ötən il almanın bir kiloqramı xaricə orta hesabla 0,44 dollardan ixrac edilirdisə, bu ilin yanvarında orta qiymət 0,36 dollar olub.