Azexport.az portalına 2017-ci ilin dekabr ayında daxil olan ixrac sifarişlərinin dəyəri 30.4 milyon ABŞ dolları olub. FED.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na əsasən ixrac sifarişlərinin ilk beşliyində Rusiya (18.6 %) ilə yanaşı, Türkiyənin (7.8%), Ukraynanın (5.9%), Hindistanın (4.5%) və ABŞ-ın (4.2%) adı vardır. Dekabr ayında Çili, Livan kimi yeni ölkələrdən ixrac sifarişi daxil oub.
Daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə məlum olub ki, dekabr ayında ən çox ixrac sifarişi şərab, konyak, nar şirəsi, nar konsentratı, nar, meyvə şirəsi, çay, tibbi tənzif, fındıq ləpəsi, toyuq yumurtası, mühərrik yağı, mətbəx mebeli, qənnadı məhsulları, meyvə kompotu, sarımsaq, boya, mineral su, kosmetik vasitələr, biyan kökü, konservləşdirilmiş toyuq əti, bal, göbələk və s. mallar üzrədir.