Cari ilin yanvar-avqust aylarında qeyri-neft-qaz məhsullarının ixracı ötən ilin yanvar-avqust ayları ilə müqayisədə faktiki qiymətlərlə 1,4 faiz, real ifadədə 12 faiz azalaraq 2179,9 milyon dollara bərabər olub.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,5 faiz), Türkiyəyə (18,1 faiz), Gürcüstana (7,2 faiz), ABŞ-a (5 faiz), İsveçrəyə (4,6 faiz), Ukraynaya (3,3 faiz), Qazaxıstana (3,1 faiz), Omana (3 faiz), Türkmənistana (2,9 faiz), Almaniyaya (1,6 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,5 faiz), Belarusa (1,3 faiz), Niderlanda (1,2 faiz), Qırğızıstana (1,1 faiz), Özbəkistana (1 faiz), İtaliyaya (1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
İxracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə və tərəvəzlərin, plastik kütlə və ondan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, pambıq lifi və ipliyinin, alüminium və ondan hazırlanan məmulatların, qara metallar və onlardan hazırlanan məmulatların, alkoqollu və alkoqolsuz içkilərin, şəkərin, bitki yağlarının payı üstünlük təşkil edib. (Azərtac)