Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (Rosselxoznadzor) Moskva şəhəri, həmçinin Moskva və Tula vilayətləri üzrə idarələri Azərbaycandan paytaxt regionuna daxil olan 16,6 ton süd məhsulunun rəsmiləşdirilməsini dayandırıb. Bu barədə "Rosselxoznadzor"un mətbuat xidməti məlumat yayıb.
Hazır süd məhsullarından ibarət yük (Pendir, kəsmik, xama, kərə yağı, qatıq, ayran) müvafiq sənədləri olmadığı üçün saxlanılıb və saxlanma kamerasına yerləşdirilib.